Qazaxıstan Çində ikinci AES-in tikintisini müzakirə edir
Qazaxıstan ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı Çinlə danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə məlumat yayıb.
Qazaxıstanın energetika naziri Erlan Akkənjenov mətbuat konfransında bildirib ki, hazırda “Moyınkum” AES-in tikintisi üzrə sazişin şərtləri Çin tərəfi ilə müzakirə olunur.
Nazirin sözlərinə görə, ölkənin ilk atom elektrik stansiyası olan “Balxaş” Rusiya şirkəti “Rosatom” ilə birgə inşa ediləcək. İkinci stansiyanın — “Moyınkum” AES-in tikintisi isə Çin Milli Nüvə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Akkənjenov hər iki layihənin 2035-ci ilədək başa çatdırılacağına əminliyini ifadə edib.
14:11 04.11.2026
Oxunuş sayı: 62