Crossmedia.az-ın rusdilli redaksiyası fəaliyyətə başladı
Crossmedia.az Analitik İnformasiya Portalının rusdilli redaksiyası fəaliyyətə başlayıb.
Yeni redaksiyanın yaradılmasında əsas məqsəd portalın fəaliyyət dairəsini genişləndirmək, Azərbaycan və dünya gündəmində baş verən hadisələri rusdilli auditoriyaya çatdırmaqdır. Rusdilli redaksiya vasitəsilə oxucular siyasi, iqtisadi, sosial və digər sahələr üzrə aktual xəbərlər, analitik materiallar və müsahibələrlə tanış ola biləcəklər.
Redaksiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin, həyata keçirdiyi daxili və xarici siyasətin, qəbul edilən strateji qərarların və ölkənin inkişafına yönəlmiş təşəbbüslərin analitik təhlilinin rusdilli auditoriyaya təqdim olunmasıdır.
Crossmedia.az Analitik İnformasiya Portalı yeni redaksiyası ilə informasiya fəaliyyətini daha geniş auditoriyaya təqdim etməyi hədəfləyir.
14:59 04.11.2026
Oxunuş sayı: 75