Nazirlikdən çağırış: Bu zənglərə inanmayın!
Azərbaycanda özlərini Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlarla pul tələb etməsi halları qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Ədliyyə Nazirliyi bununla bağlı məlumat yayıb.
Bildirilib ki, Nazirliyin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək göstərilməsi, metodoloji yardımın təmin edilməsi və inzibati nəzarətin həyata keçirilməsindən ibarətdir.
Qurum vurğulayıb ki, bu fəaliyyətlə əlaqədar bələdiyyələrdən dövlət rüsumu və ya hər hansı digər ödəniş tələb olunmur.
Ədliyyə Nazirliyi bələdiyyələrin vəzifəli şəxslərini diqqətli olmağa, şübhəli zənglərə və mesajlara inanmamağa çağırıb.
Həmçinin müxtəlif üsullarla irəli sürülən qanunsuz ödəniş tələblərinə qarşı ehtiyatlı olmaq tövsiyə edilib.
13:18 04.11.2026
Oxunuş sayı: 57