İrandan ABŞ-yə: Qürur süqutdan əvvəl gəlir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ administrasiyasına xəbərdarlıq edərək Tehrana qarşı mövcud siyasətin davam etdirilməsinin daha ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqayiyə aid edilən açıqlamada Vaşinqtonun İrana qarşı hərbi siyasəti sərt tənqid olunub.
“Təkəbbür süqutdan əvvəl gəlir”, – deyə Bəqayi bildirib.
O, ABŞ rəhbərliyini tamah və təkəbbürlə hərəkət etməkdə, həmçinin İsraili nəzərdə tutaraq ölkəsini başqa bir hökumətin maraqları naminə İrana qarşı qanunsuz müharibəyə cəlb etməkdə ittiham edib.
İran XİN sözçüsünün sözlərinə görə, Amerika xalqı artıq ölkə rəhbərliyinə aydın mesaj göndərib.
Bəqayi xəbərdarlıq edib ki, ABŞ administrasiyası reallıqları nəzərə almasa, tarixin dərslərindən nəticə çıxarmasa və mövcud siyasətini davam etdirsə, bunun fəsadları indiyədək yaşananlardan daha genişmiqyaslı olacaq.
Qeyd edək ki, İran XİN sözçüsü daha əvvəl də ABŞ-nin Tehrana qarşı siyasətini tənqid edib və Vaşinqtonun addımlarının diplomatik proseslərə mane olduğunu bildirib.
16:00 04.11.2026
Oxunuş sayı: 57