Fransanın qan xidməti haker hücumuna məruz qalıb
Fransa Qan Xidmətinin qan nümunələrinin saxlanması üçün istifadə etdiyi soyuducu sistemlərə kiberhücum edilib.
Crossmedia.az xəbər verir ki, “Le Parisien” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrın 2-də baş verən hücum nəticəsində qan nümunələrinin saxlandığı kameralarda temperaturun 110 dərəcəyədək yüksəldiyi bildirilib.
Kiberhücum Fransa Qan Xidməti üçün soyuducu avadanlıqlar təqdim edən “Coolworld” şirkətinin sistemlərini əhatə edib.
19:18 04.11.2026
Oxunuş sayı: 60