Zaporojyedə məktəbə hücumda ölənlərin sayı 40-a çatıb
Ukraynanın Zaporojye vilayətinin Kamişevaxa qəsəbəsində məktəbə endirilən zərbə nəticəsində ölənlərin sayı 40-a çatıb. Dağıntılar altında 30-dan çox insanın qala biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri qəsəbəyə doqquz aviasiya bombası atıblar. İlk zərbələr humanitar yardım almaq üçün məktəbə gələn insanlara, sonrakı zərbələr isə hadisə yerinə gələn xilasedicilərə və polis əməkdaşlarına tuş gəlib.
19:52 04.11.2026
Oxunuş sayı: 85