ABŞ-də erməni lobbisinin dəstəklədiyi senatordan anti-Azərbaycan bəyanatı
ABŞ Senatına Miçiqan ştatından seçilən ilk müsəlman senator, demokrat Abdul Əl-Sayed ermənipərəst mövqeyi ilə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, "ANCA" bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-dəki erməni lobbi təşkilatı "ANCA" Oktyabrın 1-də seçki kampaniyasında dəstəklədiyi siyasi xadimin bəyanatını dərc edib.
Abdul Əl-Sayed ona göstərilən dəstəyə görə təşkilata təşəkkürünü bildirib. O, Donald Tramp administrasiyasının Azərbaycana hərbi yardım göstərməsini kəskin tənqid edərək, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Bundan əlavə, senator erməni xalqının "özünütəyinetmə hüququnu", regionda "sülh" və "təhlükəsizlik" məsələlərini müdafiə edəcəyinə söz verib.
20:06 04.11.2026
Oxunuş sayı: 62