Kreml Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayacaq
Rusiya tərəfi Ukrayna üzrə üçtərəfli danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tam tərkibini yaxın vaxtlarda açıqlayacaq.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə “TASS”a məlumat verib.
Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik təminatları müzakirə olunacaq. Məsələnin təfərrüatlarının isə qapalı qapılar arxasında nəzərdən keçirilməsi planlaşdırılır.
19:01 04.11.2026
Oxunuş sayı: 48