Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri düşərgə iştirakçıları ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri Şərqi Zəngəzurda keçirilən VII Yay Düşərgəsinin iştirakçıları ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, səmimi söhbət zamanı diaspor gənclərinin həmrəyliyinin daha da möhkəmləndirilməsi, onların yaşadıqları ölkələrdə həyata keçirdikləri təşəbbüslərə göstərilən dəstək, eləcə də bu istiqamətdə yaradılan imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımız Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Onların milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördükləri işlər yüksək qiymətləndirilir.
Düşərgə iştirakçıları isə belə görüşlərin onların bilik və təcrübələrinin zənginləşməsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfə verdiyini vurğulayıblar. Gənclərə göstərilən diqqət və qayğıya, yaradılan imkanlara görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.
12:54 06.08.2026
Oxunuş sayı: 52