Zalujnı: Ukraynanın döyüş üstünlüyü tükənib
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ölkənin döyüş meydanında tətbiq edə biləcəyi yeni hərbi yanaşmaların və silah imkanlarının demək olar ki, tükəndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Zalujnının sözlərinə görə, Ukrayna 2026-cı ildə demək olar ki, bütün mövcud silah növlərindən və hərbi doktrinalardan istifadə edib.
"Bu resurs artıq tükənib. Rusiya isə onların hamısına qarşı effektiv əks-tədbirlər tapıb", – deyə o bildirib.
Keçmiş baş komandan hesab edir ki, NATO-nun mövcud hərbi standartları artıq kifayət etmir və alyans yeni döyüş konsepsiyalarına keçməyə məcburdur.
Qeyd edək ki, Zalujnı bundan əvvəl də Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını bildirmişdi.
12:06 06.08.2026
Oxunuş sayı: 56