Makrona ağır ittiham: Ukraynanı terrora sövq edir
Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronu Ukraynanı terror aktlarına sövq etməkdə ittiham edib. Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Rusiya XİN-in bəyanatında iddia olunur ki, Makronun Rusiyaya təzyiqin artırılması ilə bağlı çağırışları Ukraynanı terror aktları törətməyə təşviq edir.
Bəyanatda həmçinin Fransa rəhbərliyinin qadınlara və uşaqlara qarşı terror fəaliyyətində şəxsən iştirak etdiyi iddia olunub. Bu ittihamlarla bağlı Fransa tərəfi hələlik rəsmi açıqlama verməyib.
12:22 06.08.2026
Oxunuş sayı: 55