Zavodda partlayış olub, 13 nəfər həyatını itirib
Yaroslavl vilayətində fişəng istehsalı müəssisəsində partlayış baş verib, 13 nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə operativ xidmətlərə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 28-də vilayətin Kubrinsk kəndində yerləşən fişəng istehsalı müəssisəsində baş verib. Partlayışdan sonra yanğın başlayıb. Müəssisədə ümumilikdə 15 əməkdaşın olduğu, onlardan 13-nün öldüyü, bir qadının isə ayağından xəsarət aldığı bildirilib.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayevin sözlərinə görə, yanğın barədə Fövqəladə Hallar Nazirliyinə saat 16:06-da məlumat daxil olub. Yanğın iki istehsalat binasını əhatə edib. Hadisə yerinə 100 yanğınsöndürən və 40 texnika cəlb olunub.
İstintaq Komitəsi təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb.
22:06 28.09.2026
Oxunuş sayı: 34