Kiyevdə Starlink mərkəzinə zərbə endirildi
Çinin “Sohu” nəşri Rusiyanın Ukraynanın enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı çağırışından sonra Kiyevdə Starlink sistemlərini dəstəkləyən mərkəzə zərbə endirdiyini yazıb.
Crossmedia.az xəbər verir ki, “Sohu” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya Ukraynanın enerji atəşkəsi təklifinin arxasında dayanan məqsədi vaxtında müəyyən edib və buna cavab olaraq Kiyevdə Starlink peyk rabitə sistemlərinin fəaliyyətini dəstəkləyən mərkəzə zərbə endirib.
“Sohu”nun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Kiyevin atəşkəs təşəbbüsünü “uşaq oyunu” adlandırıb. Nəşr bu çağırışın Ukraynada Dövlət Dumasına seçkilər keçirilən dövrdə Rusiyaya qarşı genişmiqyaslı pilotsuz uçuş aparatları hücumlarından sonra irəli sürüldüyünü qeyd edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 26-da Kiyevdə “Kosmonova” məlumat emalı mərkəzinin vurulduğunu açıqlayıb. Rusiya tərəfinin iddiasına görə, mərkəz Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə mobil internet və Starlink peyk rabitə sistemlərinin fəaliyyətini təmin edib.
23:10 28.09.2026
Oxunuş sayı: 45