Fermerlər üçün 250 milyon dollarlıq yardım rədd edildi
Avropa Komissiyası Ukraynadakı fermerlər üçün 220 milyon avro (təxminən 250 milyon dollar) həcmində əlavə maliyyə yardımı ayırmaqdan imtina edib. Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotski bu vəsaitin fermerlərin likvidliyinin dəstəklənməsi mexanizmi üçün nəzərdə tutulduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotskinin açıqlamasına istinadən məlumat yayıb.
Vısotskinin sözlərinə görə, Kiyev fermerlərə maliyyə dəstəyi göstərilməsi üçün Avropa İttifaqına müraciət edib, lakin Avropa Komissiyası bu vəsaitin ayrılmasını təsdiqləməyib. Ukrayna avqustun 7-də Avropa Komissiyasına 220 milyon avro məbləğində əvəzsiz yardım ayrılması ilə bağlı müraciət etmişdi.
Nazir daha əvvəl Ukraynanın aqrar sektorunun ixrac imkanlarının məhdudlaşdığını və fermerlərin maliyyələşdirilməsi üçün əlavə dəstəyə ehtiyac olduğunu bildirib. Eyni zamanda, Dünya Bankının Ukraynadakı aqrar istehsalçıların kredit faizlərinin kompensasiyası üçün 250 milyon dollar ayırdığı açıqlanıb.
21:59 28.09.2026
Oxunuş sayı: 33