14 yaşlı yeniyetmə uçuş zamanı həyatını itirib
14 yaşlı yeniyetmə “American Airlines” təyyarəsində uçuş zamanı ürəyinin dayanması nəticəsində həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Paddle Your Own Kanoo” (PYOK) bu barədə məlumat yayıb.
Hadisə 2022-ci ildə Hondurasdan ABŞ-ə uçan təyyarədə baş verib. Yeniyetmə Kevin Qrinic ailəsi ilə birlikdə Mayamiyə gedirmiş.
Məlumata görə, 145 kiloqram çəkisi olan yeniyetmə piylənmədən əziyyət çəkib, həmçinin şəkərli diabet və astma xəstəliyi olub. Hadisənin təfərrüatları isə yalnız son günlərdə məlum olub.
21:14 28.09.2026
Oxunuş sayı: 35