Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin dostluq münasibətlərindən danışıb
Prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında fəal siyasi dialoqun və dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin inkişafına mühüm təkan verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrləri ilə görüşündə deyib.
O, Bişkekdə liderlər arasında keçirilən görüşü xüsusi qeyd edib.
22:21 28.09.2026
Oxunuş sayı: 48