ABŞ Rumıniyanı yeni hərbi texnika ilə təmin etdi
ABŞ Rumıniyaya 9 ədəd piyada desant amfibiya maşını (AAV) tədarük edib.
Crossmedia.az xəbər verir ki, “ABŞ-nin Rumıniyadakı səfirliyi” bu barədə məlumat yayıb.
Səfirliyin məlumatına görə, Rumıniya hərbçiləri artıq yeni texnikanın idarə edilməsini öyrənməyə başlayıblar. Təlimləri ABŞ Dəniz Piyadaları Korpusunun ekspert-məsləhətçiləri keçir.
ABŞ-nin Rumıniyadakı səfiri Derril Nirenberq 307-ci dəniz piyadaları alayının modernləşdirilmənin mühüm mərhələsinə hazırlığını izləmək üçün Tulça qəzasındakı Babadağ poliqonuna baş çəkib.
AAV7A1 tipli piyada desant amfibiya maşınları 21-dək dəniz piyadasını və hərbi ləvazimatları gəmilərdən sahilə çıxarmaq üçün nəzərdə tutulub.
2023-cü ilin iyulunda Pentaqon ABŞ Dövlət Departamentinin Rumıniyaya 120,5 milyon dollar dəyərində 16 AAV və müvafiq avadanlıqların satışına icazə verdiyini açıqlamışdı.
23:45 28.09.2026
Oxunuş sayı: 44