Sərhəd-keçid məntəqəsinə PUA hücumu olub
Ukraynanın “Yaqodin” sərhəd-keçid məntəqəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə Volın vilayəti hərbi administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində yaranan partlayış dalğası “Yaqodin” keçid məntəqəsinin terminala girişdə yerləşən inzibati sahələrinə ziyan vurub.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 15-də də “Yaqodin” sərhəd-keçid məntəqəsinə zərbənin görüntülərini yayıb. Nazirlik sərhəd-keçid məntəqələrinə zərbələrin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın çatdırılmasına mane olduğunu bildirib.
21:45 28.09.2026
Oxunuş sayı: 37