Tramp və Pentaqon rəhbəri arasında raket qalmaqalı böyüyür
ABŞ Prezidenti Donald Tramp ilə müdafiə naziri Pit Heqset arasında ölkənin raket ehtiyatlarının azalması ilə bağlı fikir ayrılığı yaranıb.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp İranla yaşanan gərginlik fonunda sursat çatışmazlığı barədə yanlış məlumatlandırıldığını düşünür və bu səbəbdən Pentaqon rəhbərindən izahat tələb edib.
Pit Heqset isə öz növbəsində məsuliyyəti müavini Stiven Faynberqin üzərinə ataraq, raket ehtiyatlarının vəziyyəti və Prezidentin tam məlumatlandırılmamasına görə onu günahlandırıb.
11:56 06.08.2026
Oxunuş sayı: 59