Hörmüz boğazı açılır? İran və Oman razılaşdı
İran və Oman arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma əldə edildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Al-Hadath” bu barədə məlumat yayıb.
Məlumata görə, tərəflər gəmilərin boğazdan keçidi üçün ödəniş alınmaması barədə razılaşıblar.
Bildirilib ki, əldə olunan razılaşma hələ İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas marşrutlardan biri hesab olunur. Dünyanın neft və qaz tədarükünün mühüm hissəsi bu su yolundan keçir.
14:07 06.08.2026
Oxunuş sayı: 63