İran Ukrayna və Avropaya sərt xəbərdarlıq etdi
İran parlamenti Ukraynanın hərəkətlərini beynəlxalq hüququn pozuntusu adlandıraraq, istənilən hücuma cavab vermək hüququnu özündə saxladığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moqtədai bildirib ki, Ukraynanın addımları beynəlxalq hüquq normalarına ziddir və Tehran istənilən təcavüzə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
O, həmçinin Avropa ölkələrini "düşünülməmiş addımlardan" çəkinməyə çağıraraq vurğulayıb ki, İran hücumun mənbəyindən asılı olmayaraq cavab verəcək.
"İrana qarşı istənilən hərəkət Avropa iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər", – deyə iranlı parlament üzvü bildirib.
11:37 06.08.2026
Oxunuş sayı: 56