Sərhəd bağlandı, Finlandiya kəndləri boşaldı
Finlandiyanın Rusiya ilə sərhədyanı bölgələrində turist axınının dayanması iqtisadi geriləməyə səbəb olub, bəzi kəndlər isə tədricən boşalır.
Crossmedia.az xəbər verir ki, “Euractiv” bu barədə məlumat yayıb.
Məlumata görə, 2022-ci ildən sonra regiona gələn ziyarətçilərin əsas hissəsini finlər təşkil edir. Lakin yerli biznes nümayəndələrinin sözlərinə görə, fin turistlər otellərdə uzun müddət qalmır və Rusiya vətəndaşlarının yaratdığı əvvəlki gəliri təmin etmirlər.
Rusiya ilə sərhədin bağlanması Finlandiyanın fermerlərinə də ciddi təsir göstərib. Bildirilir ki, bir çox fermer Rusiyadan daha ucuz qiymətə alınan əhəng və torf idxalından istifadə edirdi.
“Euractiv” yazır ki, sərhəd ticarətinin və turist axınının dayanması Finlandiyanın şərq bölgələrində iqtisadi fəallığın azalmasına, kiçik yaşayış məntəqələrinin isə tənəzzülə uğramasına gətirib çıxarıb.
14:13 06.08.2026
Oxunuş sayı: 62