Suriyadan İsrailə ağır ittiham
İsrailin Suriyanın cənubunda druz icmasını maliyyələşdirərək bölgədə gərginliyi artırmağa çalışdığı iddia olunub.
Crossmedia.az xəbər verir ki, "Al Arabiya" bu barədə məlumat yayıb.
Suriyanın Süveyda əyalətinin təhlükəsizlik xidmətinin rəhbəri telekanala müsahibəsində bildirib ki, İsrail druz qruplarına maliyyə dəstəyi göstərməklə bölgədə vəziyyəti daha da gərginləşdirir.
O, eyni zamanda druzların dini lideri Hikmət əl-Hicrinin əyalətdə geniş ictimai dəstəyə malik olmadığını da iddia edib.
12:09 06.08.2026
Oxunuş sayı: 52