Yevgeni Plyuşenkonun ailəsi Azərbaycanda ev alır
Rusiyanın tanınmış fiqurlu konkisürəni Yevgeni Plyuşenkonun ailəsi Azərbaycanda ev almağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, prodüser Yana Rudkovskaya açıqlama verib.
Rudkovskayanın sözlərinə görə, onlar artıq bəyəndikləri evi də nəzərdən keçiriblər.
"Yevgeni çox istəyir ki, evimiz olsun. Evə baxmağa getdik və Saşanın çox xoşuna gəldi. O, dərhal öz otağını seçdi", – deyə Rudkovskaya bildirib.
Onun açıqlamasında evin Azərbaycanın hansı bölgəsində yerləşdiyi və alış prosesinin nə vaxt başa çatacağı barədə əlavə məlumat verilməyib.
11:20 27.07.2026
Oxunuş sayı: 54