Bakının bəzi ərazilərində elektrik kəsiləcək
Bakının bəzi ərazilərində iyulun 27-də təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal rayonunda Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində saat 10:00-dan 13:00-dək, Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində 09:00-dan 11:00-dək, Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində isə 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
22:46 26.07.2026
Oxunuş sayı: 56