Azərbaycanlı triatlonçu Minskdə qızıl medal qazanıb
Azərbaycanlı idmançılar Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq triatlon yarışında iki medal əldə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, yarışda Əli Rzazadə qızıl, Riad Abbaszadə isə bürünc medala layiq görülüb.
22:43 26.07.2026
Oxunuş sayı: 58