Xəbərdarlıq: Dənizə getməyin
İyulun 27-si və 28-də gözlənilən güclü küləklə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən məlumat yayıb. Bildirilib ki, küləkli hava şəraitində dənizə girmək təhlükəlidir, kiçikhəcmli gəmi istifadəçilərinin isə dənizə çıxması qadağandır.
Nazirlik həmçinin güclü külək zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, eləcə də hündür ağacların altından uzaq durmağa çağırıb.
19:07 26.07.2026
Oxunuş sayı: 56