Zaxarova: Beynəlxalq Cinayət Məhkəməsi yalançı qurumdur
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Cinayət Məhkəməsini (BCM) "kvazihüquqi qurum" və "yalançı məhkəmə" adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Zaxarova "İzvestiya"ya müsahibəsində danışıb.
Diplomat bu fikirləri BCM-nin prokuroru Kərim Xanın vəzifəsindən getməsini şərh edərkən səsləndirib.
"Doğrusu, Xan qardaşlarının cinsi xarakterli qalmaqallarının təfərrüatlarını müzakirə etmək istəmirəm. Amma dünyada mövcudluğu ilə qanunçuluq və hüquq qaydaları barədə təsəvvürləri məhv edən kvazihüquqi bir strukturun yaranmasından danışmaq lazımdır", – deyə Zaxarova bildirib.
15:17 25.07.2026
Oxunuş sayı: 60