ABŞ-nin İrana qarşı əməliyyatları maliyyələşdirməkdə çətinlik yaranıb
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsini davam etdirmək üçün vəsait tapmaqda çətinlik çəkir.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, əlavə maliyyələşdirmə paketinin təsdiqlənməsi prosesi ABŞ Konqresində faktiki olaraq dayanıb və Vaşinqton hərbi əməliyyatların maliyyələşdirilməsi üçün alternativ mənbələr axtarmağa məcbur qalıb.
Nəşr yazır ki, Prezident Donald Trampın qanunvericiləri yeni maliyyələşdirmə paketini dəstəkləməyə inandırmaq istiqamətində ciddi addımlar atmaması da prosesin uzanmasına səbəb olur.
"Bloomberg"in qiymətləndirməsinə görə, yaranmış vəziyyət ABŞ administrasiyasını İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün yeni yollar axtarmağa vadar edir.
15:39 25.07.2026
Oxunuş sayı: 51