Zaporojyeyə hücum: 8 nəfər öldü, 14 nəfər yaralandı
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində istirahət bazalarına endirdiyi zərbələr nəticəsində 8 nəfər, o cümlədən iki uşaq həlak olub.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitskinin açıqlamasına istinadən məlumat yayıb.
Balitskinin sözlərinə görə, hücumlar nəticəsində 14 nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.
Hadisənin təfərrüatları və zərbələrin hansı silahlardan endirildiyi barədə əlavə məlumat verilməyib.
14:03 25.07.2026
Oxunuş sayı: 59