Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.
Azərbaycan Boks Federasiyasından Crossmedia.az-a verilən məlumata görə, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.
Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.
Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.
13:37 25.07.2026
Oxunuş sayı: 49