KİV: Tramp İranla müharibədən narazıdır
ABŞ Prezidenti Donald Trampın İranla bağlı davam edən hərbi qarşıdurmadan narazı olduğu və vəziyyətin uzanmasının onu getdikcə daha çox qıcıqlandırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp İranla bağlı münaqişənin davam etməsindən narahatdır və müharibənin uzanması onun narazılığını artırır. Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti yaranmış vəziyyətlə bağlı məyusluğunu yaxın ətrafı ilə müzakirə edib.
"The Wall Street Journal" əlavə edir ki, Tramp administrasiyası regiondakı vəziyyəti diqqətlə izləyir və hadisələrin gələcək inkişafı ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.
12:19 25.07.2026
Oxunuş sayı: 51