Tramp administrasiyasından Ukraynaya xəbərdarlıq
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə yerləşən neft infrastrukturuna hücumların yolverilməz olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" mənbəyə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton Ukraynanı Qara dənizdəki neft obyektlərinə mümkün zərbələrlə bağlı xəbərdar edib.
Bildirilib ki, ABŞ Qazaxıstandan Avropa bazarlarına enerji resurslarının daşınmasında mühüm rol oynayan Xəzər Boru Kəməri Konsorsiumunu (KTK) "ən vacib tədarük kanallarından biri" hesab edir.
Məlumata əsasən, ABŞ tərəfi KTK-nın fəaliyyətinin pozulmasının beynəlxalq enerji bazarlarına təsir göstərə biləcəyini nəzərə alır.
13:18 25.07.2026
Oxunuş sayı: 62