Tramp Putinin simvolik hədiyyəsinə gülərək reaksiya verib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin ona ünvanladığı simvolik hokkey şaybası hədiyyəsini müsbət qarşılayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ nümayəndə heyətinin rəhbəri, Təsviri İncəsənət Komissiyasının sədri Rodni Mims Kuk kiçik "RIA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vladimir Putin Trampa əsl hokkey şaybası verməyib. ABŞ-a qayıtdıqdan sonra Rodni Mims Kuk simvolik mənanı ifadə etmək üçün özü hokkey şaybası taparaq prezidentin masasına qoyub və hədiyyənin mahiyyətini ona izah edib.
"Tramp güldü, bu, onu xeyli əyləndirdi", – deyə Kuk bildirib.
Qeyd edək ki, Rodni Mims Kuk iyun ayında keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib və plenar iclas zamanı Donald Trampın salamını Vladimir Putinə çatdırıb. Buna cavab olaraq Putin hokkeylə bağlı metaforadan istifadə edərək Trampa "şaybanı qaytarmağı" xahiş edib.
14:37 25.07.2026
Oxunuş sayı: 55