Husilər "Saudi Aramco"nun neft emalı zavoduna zərbə endirib
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən "Saudi Aramco" neft emalı zavoduna zərbə endirdiklərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, "Naya" bu barədə məlumat yayıb.
Məlumata görə, Yəməndən həyata keçirilən hücumlardan sonra Cizan şəhərindəki Kral Abdullah bin Əbdüləziz hava limanı və Yanbu şəhərindəki Əmir Əbdülmöhsün bin Əbdüləziz hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
Bundan başqa, Yəmən Silahlı Qüvvələri Bakı vaxtı ilə saat 16:00-da genişmiqyaslı və yüksək dəqiqlikli hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama veriləcəyini bildirib.
Eyni zamanda, Yunanıstan Silahlı Qüvvələrinin məlumatına görə, Səudiyyə Ərəbistanında yerləşdirilmiş Yunanıstana məxsus Patriot hava hücumundan müdafiə sistemi Yanbu bölgəsindəki iri neft emalı zavodunu hədəf alan Yəməndən buraxılmış iki ballistik raketi havada məhv edib.
Qeyd edək ki, tərəflərin səsləndirdiyi məlumatlar qarşı tərəfdən müstəqil şəkildə təsdiqlənməyib.
14:08 25.07.2026
Oxunuş sayı: 64