Şəmkirdə 12 yaşlı qız qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı tutulub
Şəmkirdə 12 yaşlı qız qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2014-cü il təvəllüdlü Ə. N bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən ölüb.
TƏBİB-dən bildirilib ki, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb.
10:53
Şəmkir rayonunda itkin düşməsi ilə bağlı axtarış aparılan 12 yaşlı qız bıçaq xəsarətindən həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Mahmudlu kəndində baş verib.
Məlumata görə, kənd sakini, 2014-cü il təvəllüdlü Ə.N. ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, qızın valideynləri həmin gün onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
13:53 25.07.2026
Oxunuş sayı: 216