Ermənistan Rusiyanın qadağalarını AİB-də qaldıra bilər
Ermənistan hakimiyyəti Rusiyanın ölkədən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı məsələləri Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində qaldıra bilər.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Məlumata görə, məsələ həm Ermənistan–Rusiya ikitərəfli danışıqları, həm də AİB platformaları vasitəsilə müzakirə oluna bilər. Ermənistan İqtisadiyyat Nazirliyi bildirib ki, bu istiqamətdə danışıqlar müxtəlif formatlarda aparılır, lakin hazırda ətraflı məlumat açıqlanmır.
AİB-in mövcud prosedurlarına əsasən, üzv ölkələr və ya həmin ölkələrin şirkətləri digər üzv dövlətlərin tətbiq etdiyi ticarət maneələri ilə bağlı müraciət edə bilərlər. Bu müraciətlərə Avrasiya İqtisadi Komissiyası tərəfindən baxılır və araşdırma aparıla bilər.
Qeyd olunur ki, müraciət daxil olduqdan sonra AİB strukturları məsələni araşdırır, üzv dövlətlərlə məsləhətləşmələr keçirir və yekun nəticə hazırlayır. Prosedurun ümumi müddəti 60 təqvim günündən çox olmamalıdır.
14:21 25.07.2026
Oxunuş sayı: 52