“Maska” filminin rejissoru Çak Rassel 74 yaşında vəfat edib
1994-cü ildə Cim Kerri ilə birlikdə böyük populyarlıq qazanan “Maska” komediya filminin rejissoru Çak Rassel 74 yaşında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, ''TMZ'' bu barədə məlumat yayıb.
Məlumata görə, rejissorun San Dieqodakı evindən tibbi yardım çağırışı daxil olub. Təcili yardım əməkdaşları hadisə yerinə çatdıqda Rasselin yıxıldığı bildirilib. Ölüm səbəbi hələ müəyyən edilməyib.
Çak Rassel rejissor kimi debütünü 1987-ci ildə ekranlara çıxan “Qarağac küçəsində kabus 3: Yuxu döyüşçüləri” (“A Nightmare on Elm Street 3: Dream Warriors”) qorxu filmi ilə edib.
Onun digər tanınmış Hollivud layihələri arasında 1996-cı ildə çəkilən, Arnold Şvartseneggerin baş rolda oynadığı “Silgi” (“Eraser”) döyüş filmi və 2002-ci ildə Dwayne Johnson-un rol aldığı “Əqrəb kralı” (“The Scorpion King”) filmi də yer alır.
11:59 25.07.2026
Oxunuş sayı: 53