Avstriya: Ukraynanın yaxın illərdə Aİ-yə üzvlüyü mümkün deyil
Avstriyanın Avropa məsələləri, inteqrasiya və ailə naziri Klaudiya Bauer Ukraynanın yaxın illərdə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv qəbul edilməsinin mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Bauerin sözlərinə görə, Ukrayna hələ də müharibə şəraitindədir və bu səbəbdən onun yaxın illərdə Aİ-yə tamhüquqlu üzv olması real görünmür.
"Ukraynanın yaxın illərdə tamhüquqlu üzvlüyünün necə baş tuta biləcəyini görmürəm. Ukrayna hələ də müharibə vəziyyətindədir. Buna görə də insanlara yalan vədlər verməməli, dürüst olmalıyıq", – deyə nazir bildirib.
O əlavə edib ki, Avropa İttifaqı sonradan yerinə yetirilməyəcək süni üzvlük tarixləri müəyyən etməməlidir.
16:24 25.07.2026
Oxunuş sayı: 58