Rusiya: Son sutkada 1060 Ukrayna PUA-sı məhv edilib
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri son sutka ərzində Ukraynaya məxsus 1060 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, HHM vasitələri eyni zamanda səkkiz idarəolunan aviasiya bombasını da məhv edib.
Məlumatda pilotsuz uçuş aparatlarının hansı bölgələrdə vurulduğu və insidentlər nəticəsində dağıntı və ya itkilərin olub-olmaması barədə əlavə məlumat verilməyib.
15:46 25.07.2026
Oxunuş sayı: 55