“Apple” zirvəyə yüksəldi
“Apple” şirkəti bazar göstəricilərinə görə dünyanın ən yüksək kapitallaşmaya malik şirkətinə çevrilib.
Crossmedia.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, şirkətin bazar dəyəri 4,9 trilyon dollara çatıb.
Kapitallaşma reytinqində ikinci yerdə “Nvidia” şirkəti qərarlaşıb. Onun bazar dəyəri 4,83 trilyon dollar təşkil edib.
İlk üçlüyü isə “Google”un sahibi olan “Alphabet” şirkəti tamamlayıb. “Alphabet”in kapitallaşması 4,19 trilyon dollar olaraq göstərilib.
04:28 18.07.2026
Oxunuş sayı: 65