BTC təhlükəsiz istismar edilib - SOCAR mövcud ənənəni davam etdirəcək
İki onillik əvvəl Xəzərin sahilində atılan o tarixi imza, bu gün Azərbaycanın qlobal enerji xəritəsindəki tam müstəqilliyinin və mühəndislik qüdrətinin rəsminə çevrildi. Bakı-Tbilisi-Ceyhan boru kəməri təkcə coğrafiyaları və dənizləri deyil, həm də Azərbaycanın iqtisadi gələcəyini dünyaya bağlayan bir polad arteriyadır. Bu gün Səngəçal Terminalında qeyd olunan 20 illik yubiley, sadəcə keçilmiş uğurlu bir yolun hesabatı deyil; bu, qlobal tərəfdaşlıqdan milli liderliyə keçidin, nəhəng bir irsin etibarlı əllərə-SOCAR-a ötürülməsinin təntənəsidir.
Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

Məsələ ilə bağlı neft məsələləri üzrə ekspert İlham Şaban Crossmedia.az-a açıqlama verib.
"Bu, sadəcə addəyişmədir. Çünki vaxtilə bu kəmər üzrə müqavilə imzalananda qeyd edilmişdi ki, BTC 20 fəaliyyətdən sonra Azərbaycan tərəfinin rəhbərliyi altında istismar ediləcək. Bu müddətdə kəmərin fəaliyyəti qənaətbəxş olub, BP şirkəti kəmərlə 4,7 mlrd barel neft nəql edib və 2008-ci ilin avqustunda Rusiya-Gürcüstsn müharibəsindən öncə Türkiyə ərazisində kəmərdə partlayış nəzərə alınmazsa, BTC təhlükəsiz istismar edilib. Əminəm ki, SOCAR-ın operatorluğu altında bu ənənə davam etdiriləcək".
Turqut Ansari
20:15 04.07.2026
Oxunuş sayı: 63