Azərbaycan diasporu Sloveniyanın Dövlətçilik Gününü təbrik edib
Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə bu ölkənin hökumətini və yerli ictimaiyyətini təbrik edib.
Crossmedia.az xəbər verir ki, təbrikdə Sloveniya xalqına davamlı sülh, rifah və firavanlıq arzulanıb. Orada yaşayan azərbaycanlıların ölkənin sosial, mədəni və ictimai həyatdakı fəal iştirakı, müxtəlif sahələrdə əldə etdikləri uğurları diqqətə çatdırılıb. Azərbaycan ilə Sloveniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və anlayışa əsaslandığı vurğulanaraq, soydaşlarımızın bu əlaqələrin daha da inkişafına verdiyi töhfələr xatırladılıb.
Təbrikdə, həmçinin Azərbaycan ilə Sloveniya arasında mövcud olan qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə, müxtəlif sahələr üzrə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
15:35 30.06.2026
Oxunuş sayı: 23