Mədəniyyət naziri Adil Kərimli III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib
Mədəniyyət naziri Adil Kərimli III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib.
Crossmedia.az xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan elmi-praktik konfransda iştirak edib.
“Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunan konfransda çıxış edən Adil Kərimli Azərbaycan muğam sənətinin xalqımızın milli-mədəni kimliyində xüsusi yer tutduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunub yaşadılması, ölkəmizdə və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verən müxtəlif səpkili layihələr həyata keçirilir.
17:46 24.06.2026
Oxunuş sayı: 44