Facebook və Instagramda texniki problem yaranıb
Dünyanın ən populyar sosial şəbəkələrindən olan Facebook və Instagramın fəaliyyətində problem müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bir sıra istifadəçilər platformalara daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər. Məlumatlara görə, bəzi istifadəçilər Facebook hesablarına giriş edə bilmir, paylaşım və şərh yerləşdirməkdə problemlə üzləşirlər.
Eyni zamanda, Instagram istifadəçiləri də paylaşımların yüklənməsində, hekayə paylaşılmasında və tətbiqin normal işləməsində nasazlıqların yarandığını qeyd edirlər.
Problemin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Şirkətin texniki nasazlığın aradan qaldırılması istiqamətində iş apardığı ehtimal olunur.
Fatimə Məmmədova
18:03 12.06.2026
Oxunuş sayı: 77