Professor: İnsan informasiyanın qurbanına çevrilə bilər
İnformasiyanın çoxluğu daha çox bilik tələb edir. Əks halda, insan informasiyanın qurbanına çevrilə bilər.
Bunu Crossmedia.az-a geniş müsahibəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə deyib.
"Təəssüf ki, bəzi hallarda bilik səviyyəsi aşağı olduğuna görə insanlar bu təhlükə ilə üzləşirlər. Nə etməliyik? İlk növbədə uşaqları düşünməyə, dərk etməyə, təhlil etməyə və müqayisə aparmağa öyrətməliyik. Onlara izah etməliyik ki, hər informasiya həqiqət deyil. İnformasiya yalnız məlumat vermir, eyni zamanda insanı yönləndirə və idarə edə bilər. Deməzdim ki, süni intellekt özü insanı idarə edir, lakin onu yaradan və istifadə edən qüvvələr bu təsiri göstərə bilər. Süni intellekt bir vasitədir və onun arxasında dayanan güclər bu vasitədən istifadə edirlər. Bu sahəni inkişaf etdirənlər, onu tətbiq edənlər müəyyən siyasətlərin təsiri altında ola bilərlər və bu da bizə təsirsiz ötüşmür. Bizim isə əsas gücümüz öz intellektimizdir", - o bildirib.
Ayhan
06:22 10.04.2026
Oxunuş sayı: 43