Xəbərdarlıq: Süni intellekt sosiallığımıza təsir edir
Süni intellekt sosiallığımıza təsir edir və bu təsir artıq hiss olunur.
Bunu Crossmedia.az-a geniş müsahibəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə deyib.
"Bu zaman sual yaranır: süni intellektin sosiologiyası nədir və o bizim sosial münasibətlərimizi necə dəyişir? O, məlumatların miqdarını artırır, dərinləşdirir. Amma informasiya hələ tam bilik demək deyil. Biz onu təhlil etməyi bacarmalıyıq. Telefon və ya digər cihazlar vasitəsilə əldə etdiyimiz məlumatı analiz etmədən qəbul etmək düzgün deyil. Təəssüf ki, bəzi insanlar hər informasiyaya düşünmədən inanırlar. Halbuki aydındır ki, süni intellektin arxasında müəyyən güclər dayanır və bu güclər öz maraqlarını da ötürə bilər. Bu təsir isə həmişə bizim xeyrimizə olmaya bilər. Üçüncü mühüm məsələ etikadır. Süni intellektin etikası dedikdə, burada əsas məsələ əxlaq və dəyərlərdir. Biz elə bir dəyər sistemi qurmalıyıq ki, həm süni intellekti qavraya bilək, həm də öz dəyərlərimizi qoruyub saxlaya bilək. Bu kontekstdə dəyərlərin suverenliyi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Texnologiyanın sürətli inkişafı fonunda onu həyatımızdan çıxarmaq mümkün deyil", - o bildirib.
Ayhan
04:17 10.04.2026
Oxunuş sayı: 44