İsrail HHQ Livanda “Hizbullah”a məxsus obyektlərə zərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində “Hizbullah”ın hərbi infrastrukturuna qarşı bir sıra aviazərbələr həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, hədəflər arasında ölkənin cənubunda silahlıların fəaliyyət göstərdiyi bina, eləcə də Bəkaa bölgəsində yerləşən hərbi obyektlər olub.
İsrail ordusunun yaydığı açıqlamada vurğulanıb ki, zərbələr endirilən obyektlərdə “Hizbullah” silahlılarının fəaliyyəti İsrail ilə Livan arasında mövcud razılaşmaları pozur.
Turqut Ansari
22:24 25.01.2026
Oxunuş sayı: 464