NATO Rusiya təhdidinə qarşı bu hərəkəti edəcək
NATO növbəti iki il ərzində Alyansın şərq cinahını robotlar və avtomatlaşdırılmış silah sistemləri ilə gücləndirməyi planlaşdırır. Məqsəd Rusiyadan gələ biləcək potensial hərbi təcavüzün qarşısını almaqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO-nun ordu generalı Tomas Lovin Almaniyanın "Welt am Sonntag" nəşrinə verdiyi müsahibədə məlumat verib. Onun sözlərinə görə, yeni texnoloji imkanların tətbiqi Alyansın müdafiə qabiliyyətini artıracaq və mümkün təhlükələrə daha sürətli reaksiya verməyə şərait yaradacaq.
Qeyd edək ki, NATO son illər Rusiya ilə artan gərginlik fonunda xüsusilə Baltikyanı ölkələr və Şərqi Avropada hərbi mövcudluğunu gücləndirməyə xüsusi diqqət yetirir.
22:00 25.01.2026
Oxunuş sayı: 451