Tramp Rusiyaya dəvət olunub
Tramp Rusiyaya rəsmi səfərə dəvət olunub.
Crossmedia.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Dəvət 2025-ci ilin avqustunda Alyaskadakı görüş zamanı Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Hələ ki səfərin vaxtı və formatı barədə tərəflər arasında razılıq yoxdur.
Ryabkov əlavə edib ki, Rusiya və ABŞ arasında diplomatik mülkiyyət və birbaşa uçuşların bərpası məsələlərində hələ irəliləyiş yoxdur.
21:57 25.01.2026
Oxunuş sayı: 512